APA TV “Kəndimizə gedən yol” adlı mobil film müsabiqəsinin müddəti uzadıldı

APA TV “Kəndimizə gedən yol” adlı “Mobil Film Müsabiqəsi” elan edir. APA MEDİA GROUP və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən müsabiqədə filmlərin qəbulu 28 mart - 15 iyun tarixlərini əhatə edir. Müsabiqəyə təqdim edilən filmlər, Azərbaycan ərazisində yalnız telefonla HD 1920x1080 fomatında çəkilməli, müddəti 10 dəqiqədən çox olmamalıdır. Hər bir müəllif bir və ya bir neçə film göndərə bilər. Təqdim olunan filmlər 2020-2023-cü illlər istehsalı olmalı, hər birinin sonunda müəllifin ad və soyadı mütləq qeyd edilməlidir. Mümkün qədər musiqidən az istifadə etməli, yutubda müəllif hüququ tələb edən musiqilərdən istifadə olunmamalıdır. Filmlər daha çox təbii səslə ərsəyə gətirilməlidir. Kənd həyatı, təbiət mənzərələri, maraqlı insanlar və gündəlik işlər müsabiqənin əsas mövzusudur. Mobil filmlər münsiflər heyəti tərəfindən verilən bal sistemi ilə hesablanaraq qaliblər müəyyən ediləcəkdir. 3 film münsiflər heyətinin rəyi, 1 film isə onlayn səsvermə yoluyla seçiləcəkdir. Qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaq. Filmləri ““Kəndimizə gedən yol” başlığı ilə [email protected] və ya 0505260487 nömrəli teleqram ünvanına göndərə bilərsiniz. Hər hansı bir sual yaranarsa, 050 5260487 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

Müəllif | Apa.Tv
Apa.tv