APA TV-nin hazırladığı sosial çarxlar FESTİVALDA YARIŞACAQ
13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Yerli müsabiqəsində yarışacaq filmlər bəlli olub.
APA TV-nin xəbərinə görə, müsabiqədə iştirak edəcək 40 filmdən 11-i bədii, 8-i sənədli, 11-i sosial çarx, 10-u isə tələbə filmidir.
Həmin filmlər arasında APA TV-nin rejissoru Ruslan Mollayevin hazırladığı “Mətbuat günü” və “28 May” sosial çarxları da yer tutur. Qeyd edək ki, “28 May” sosial çarxının layihə müəllifi APA TV-nin rəhbəri Orxan Məmmədlidir.