APA TV-nin işıqlandırdığı problem aradan qaldırıldı
Fərman Məlikov küçəsi sakinlərinin problemi həll olunub.
APA TV xəbər verir ki, bir neçə gün öncə çəkiliş apardığımız Binəqədi rayon 7 mikrorayon ərazisindəki Fərman Məlikov küçəsindəki köhnə zibil qutuları yeniləri ilə əvəz olunub.
Köhnə zibil qutularından küçəyə qatı maye tökülür, nəticədə ərazidə yaşayan sakinlər üfunət qoxusu və antisanitar vəziyyətdən əziyyət çəkirdi.
Sözü gedən əraziyə bu gün 3 yeni zibil qutusu gətirilib, köhnə zibil qutuları isə ərazidən götürülüb.
Qeyd edək ki, Bakı Şəhər İcra hakimiyyətinin kommunal xidmətlər müəssisəsinin direktoru İlqar Hüseynov Binəqədi rayonuna bu ilin sonuna kimi 200-dən çox yeni zibil qutularının gətiriləcəyini bildirmişdi.
Semral Cavad
APA TV