“APA TV” Qənirə Paşayevanın ATA OCAĞINDA... – APA TV
İnsan xatırlandıqca yaşayır deyirlər. Bir də deyirlər ki, gərək elə yaşayasan ki, xatırlanasan. Qənirə Ələsgər qızı Paşayeva məhz bu cür insanlardan idi.
O, zəhmetkəş, nəcib, vətənpərvər və ailəcanlı birisi idi. Qənirə xanım Azərbaycan xalqının yetişdirdiyi böyük şəxsiyyətlərdən biri idi. Ürəyi həyat eşqiylə dolu, yaxşılıq etməkdən zövq alan, уorulmadan çalışan birisi idi. Qənirə Paşayeva dostlarının, həmkarlarının xatirəsində unudulmayacaq bir iz buraxdı, dövlətimiz və millətimiz üçün gördüyü işlər hər zaman rəğbətlə anılacaq.
Qeyd edək ki, ötən gün 48 yaşında dünyasını dəyişən millət vəkili Qənirə Ələsgər qızı Paşayeva “ll Fəxri Xiyaban”da torpağa tapşırılıb. Allah rəhmət eləsin!