Aprel şəhidi polkovnik Vüqar Yusifovun doğum günü qeyd olunub
Nizami Kino Mərkəzində 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş polkovnik Vüqar Yusifovun doğum günü münasibətilə tədbir keçirilib.
APA TV-nin məlumatına görə, “Şəhidlik ölümsüzlükdür” adlı tədbir “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbir şəhid polkovnikin üç övladının Azərbaycanın Dövlət Himnini ifa etməsi ilə başlayıb.
Şəhidin atası Nurəddin Yusifov çıxışında deyib ki, şəhidlərin adına təşkil olunmuş belə tədbirlər həm onların adını əbədiləşdirir, həm də gənclərimizdə vətənpərvərlik ruhunun yaradılmasında müsbət rol oynayır: “Bu tədbirlər burda yox, biz elə təşkil etməliyik ki, yaxın vaxtda Qarabağda belə tədbirlər keçirək, bayrağımızı orada qaldıraq. Biz Qarabağımızı istər müharibə ilə, istərsə də dinc yolla geri qaytarıb əldə etsək, mən əminəm ki, İrəvanda erməni qalmayacaq. İrəvan Azərbaycandır, Azərbaycan torpağıdır”.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin orkestri vətənpərvərlik mahnıları səsləndirib.