Aptekdə satıcının mobil telefonunu götürüb qaçdı - POLİS YAXALADI
Ötən ilin dekabr ayında aptekdə satıcı işləyən qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov tutulub.
Hadisəni törədən zaman naməlum şəxs aptekə dərman almaq adı ilə daxil olaraq zərərçəkənin “LG” markalı mobil telefonunu götürüb hadisə yerindən yayınmışdı. İstintaq zamanı Məmməd Məmmədov telefonu ələ keçirəndən sonra 35 manata metronun 20 Yanvar stansiyasının yaxınlığında tanımadığı şəxsə satdığını bildirib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.