Araik Arutyunyanı hansı maddələrlə həbs ediblər?
Bildiyimiz kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən və məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışda olan Qarabağdakı qondarma rejimin dırnaqarası prezidenti olmuş Arayik Arutyunyan ötən gün saxlanılaraq Bakıya gətirilib. 1973-cü il təvəllüdlü Harutyunyan Arayik Vladimiri tərəfindən Azərbaycan Respublikasının ərazisində təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasına əsaslı şübhələr müəyyən edilərək Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən saxlanılmışdır. Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 9 maddəsi ilə ittiham elan edilib. Bəs bu maddələri nəzərə alsaq, Araik Arutyunyanı təxminən neçə il həbs gözləyir? Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir.
LƏMAN SALEHOVA
VÜSAL BAYRAMOV
APA TV