Arayik İrəvana niyə getdi? - Görüşün pərdəarxası

Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəki separatçı dəstənin başçısı Arayik Arutunyan arasında görüş olub.

APA TV-nin Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan çıxışı zamanı bildirib ki, indi əsas diqqəti təhlükəsizlik və sosial-iqtisadi sahələrdə görüləcək işlərə yönəltməlidirlər.

 

 

Arayik Arutunyan isə bildirib ki, müharibədən əvvəl başlanan bir çox layihələr hələ də yarımçıq qalıb və işləri bitirmək üçün əlavə vəsaitə ehtiyacları var:

 

 

Baş nazir isə Arutunyanın əlavə vəsait əldə etmək istəyinə demək olar ki, cavab verməyib. Bunun yerinə, çıxışı zamanı bir neçə dəfə sülh danışıqlarının önəmini qabardıb.

 

Görüşlə bağlı fikirlərini bölüşən bəzi ekspertlər isə bildirblər ki, Arayikin əsas məqsədi Ermənistandan daha çox pul qopartmaqdır. Ancaq bu məsələdə Paşinyanın könülsüz olduğu açıq-aşkar hiss olunur. Hər yardım tələbi səslənəndə Baş nazirin sülhün önəmindən danışması isə hökumətin Qarabağdakı erməniləri arxa plana atmasından xəbər verir.

 

Fuad Sadıqov

Müəllif | Apa.Tv
Apa.tv