Araz Əlizadə: “Namizədliyimi irəli sürməyə məhkumam”
“Səbinə Əliyeva çox təcrübəli hüquqşünasdır”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin deputatı Araz Əlizadə yeni Ombudsmanın təyinatına münasibət bildirərkən deyib.
O, Səbinə Əliyevanın atası Yaşar Əliyevlə parlamentdə həmkar olduğunu xatırladıb: “Atası Yaşar Əliyev 90-cı illərdə Ali Sovetin deputatı idi. Yüksək savadı var. Beynəlxalq təcrübəsi də yüksəkdir”.
Araz Əlizadə keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəyinə də aydınlıq gətirib: “Bilirsiniz, mən bu suala dəfələrlə cavab vermişəm. Nə qədər ki, mən partiya sədriyəm, udsam da, uduzsam da namizədliyimi verəcəyəm. İrəli sürməyə məhkumam. Biz bütün seçkilərdə iştirak edirik”.
Qeyd edək ki, parlamentin buraxılması ilə bağlı YAP-çı deputatların müraciətinə Milli Məclisin dekabrın 2-də keçiriləcək xüsusi iclasında baxılacaq.