Arqişti Kiviryan Araik Arutyunyanın “istefa” səbəbindən danışdı

Qarabağdakı qondarma rejimin taleyi ilə bağlı Ermənistanın siyasi dairələrində polemikalar mövcudddur. Ermənistan iqtidarı ilə müxalifəti arasında gedən haklimiyyət davasının əsas predmetlərindən biri də budur. Heç erməni politoloqların da təhlilləri birmənalı deyil. Bəziləri Qarabağdakı qondarma rejimin süqutu, həmin ərazilərin sülh yolu ilə Azərbaycanın tərkibinə qaytarılacağı reallığa ilə barışıblar, digərləri isə Xankəndi separatçılarının dırnaqarası müstəqillik gününə ümidlidirlər. Bir qrup erməni siyasi ekspertlər dırnaqarası Artsax ideologiyasının məhv olunacağını və oradakı ermənilərin bir müddət sülhməramlı nəzarətində qalacağını iddia edir. Lakin Bakı dəfələrlə vurğulayıb ki, “boz sahə” olmayacaq. Yəni Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və Qarabağda yaşamaq istəyən ermənilər bizim vətəndaşlığımızı qəbul etməlidirlər. Bu arada “Arayik Arutyunyan yaxın zamanda Artsaxı nə gözlədiyini gözəl anlayır və ona görə də istefa verdi”, - deyən erməni siyasi analitik Arqişti Kiviryan hesab edir ki, Arutyunyan vaxtı uzadıb özünün maliyyə vəziyyətini yaxşılaşdıra bilsəydi, qondarma rejimin dırnaqarası rəhbərliyində qalacaqdı. News.am(nyusam)a müsahibəsində Kiviryan əlavə edib ki, hazırda Qarabağdakı qondarma rejim institutu məhv olmaq üzrədir. Çünki Araik özünün dırnaqarası vəzifəsinə digər bir quldur ermənini gətirmədi.

Müəllif | Apa.Tv
Apa.tv