Artilleriya komandiri: "Müqəddəs mübarizəmizi qələbə ilə yekunlaşdıracağıq"
Artilleriya komandiri kapitan Rafael Hüseynov video-müraciət edib.
APA TV-nin məlumatına görə, bu barədə Müdafiə Nazirliyi video yayıb. Kapitan bildirib ki, biz artilleriya qoşunları olaraq piyada qoşunlarını artilleriya atəşi ilə dəstəkləyirik. Komandir qeyd edib ki, düşmənə dağıdıcı zərbələr endirilib: "Müqəddəs mübarizəmizi qələbə ilə yekunlaşdıracağıq".