13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Artıq itmiş, oğurlanmış heyvanlar yeni sistemlə tapılacaq

Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) vasitəsilə iribuynuzlu heyvanların identikləşdirilərək qeydiyyata alınması ilə yanaşı, həmçinin hər bir heyvanın izlənməsi mümkün olacaq.

 

APA TV xəbər verir ki, eyni zamanda sahibkar istehsal etdiyi məhsulu daha rahat şəkildə bazara çıxara biləcək.

 

Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev açıqlamasında bildirib ki, yeni yaradılacaq sistem heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxdığı, neçə nömrəli heyvanın ətindən, yaxud südündən hazırlandığı, hansı istehsal müəssisəsində emal olunduğu barədə məlumatı, həmçinin digər zəruri məlumatları özündə əks etdirəcək: “Heyvan xəstəliklərinin izlənməsində və heyvanlar üzərində aparılan hər hansı digər əməliyyatların, proseduraların yerinin və tarixinin bilinməsində çox böyük imkanlar yaradır. Qanunsuz daşımalar, hətta bəzən oğurluq halları və digər tərkibli məsələlərin də izlənməsində geniş imkanlar yaradır”.

 

Qalib Əbdüləliyev identikləşdirmə prosedurunun necə həyata keçiriləcəyinə də açıqlıq gətirib: “Heyvan doğulduqda müəyyən qulaq pirkası ilə identikləşdirilir heyvanın elektron pasportu yaradılır. Heyvan əgər identikləşdirilməyibsə heyvan mənşəyi məlum olmayan heyvan kimi qəbul olunur. Hər bir heyvanın doğulandan kəsilənə qədər olan bir dövr həyat dövrü izlənəcək”.

 

Qalib Əbdüləliyev bildirib ki, hər bir heyvan sahibi öz heyvanını identikləşdirməli və aidiyyəti üzrə baytarlıq xidməti və ya Qida Təhlükəsizlik agentliyinin regional bölməsinə identifikasiyanı təqdim etməyə borcludur.

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın