Arvadını döyən ər özünə xəsarət yetirdi - GƏNCƏDƏ
Gəncədə ər arvadını amansızcasına döyüb.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərdəki Koroğlu yataqxanasında qeydə alınıb.
1989-cu il təvəllüdlü Orucova Azadə İlyas qızı müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 30 yaşlı qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Yaxınları onun həyat yoldaşı tərəfindən davamlı olaraq şiddətə məruz qaldığını iddia edir.
Qadının əri isə arvadını xəstəxanalıq etdikdən sonra özünə xəsarət yetirib.
Faktla əlaqədar araşdırmalara başlanıb.