Arvadını əvvəlcə bıçaqladı, sonra döyərək öldürdü - DƏHŞƏTLİ TƏFƏRRÜAT

Gəncədə ər ondan ayrılmaq istəyən həyat yoldaşını amansızcasına qətlə yetirib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, cinayət hadisəsi şəhərin Şah İsmayıl Xətai prospektində, Texnologiya Universitetinin qarşısında qeydə alınıb. Şəhər sakini Rauf Vəliyev keçmiş həyat yoldaşı 25 yaşlı Aynurə Bayramovanı qətlə yetirib. Cinayət hadisəsi insanların gözü qarşısında baş verib.

 

İkin məlumata görə, tərəflər bir müddət imiş ki, ailədaxili problemlər yaşayırmış və ayrılmaq üçün məhkəməyə müraciət ediblərmiş. Amma Rauf Vəliyev məhkəmənin qərarını gözləməyib və həyat yoldaşını qadının evinin yaxınlığında  qətlə yetirib.

 

Qadına bir neçə bıçaq zərbəsi vuran Rauf Vəliyev daha sonra yaralı vəziyyətdə onu döyüb. Kömək etmək istəyənləri isə bıçaqla hədələyib. Daha sonra ərazidən uzaqlaşıb. Aynurə Bayramova ağır vəziyyətdə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.  Keçirilən əməliyyat tədbirləri ilə qətli törədən Rauf Əliyev saxlanılıb.

 

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, cütlüyün bu evlilikdən iki övladı var.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv