Arvadının boğazını kəsən ər 20 gün sonra öldü - HƏBS OLUNMUŞDU
Bakıda məhbus ölüb. APA TV-nin məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.
Orada saxlanılan, Lerik sakini, 1973-cü il təvəllüdlü Yəhyayev Zaur Xanağa oğlu dünyasını dəyişib.
Qeyd edək ki, Zaur Yəhyayev bu ilin sentyabrın 7-də həyat yoldaşı, 1976-cı il təvəllüdlü Yəhyayeva Cəvahir Güloğlan qızının başını kəsərək qətlə yetirib. Arvadının başını kəsərək, onu amansızlıqla öldürən Zaur Yəhyayev daha sonra özünə bıçaqla çoxlu xəsarət yetirib.