“ASAN xidmət” təcrübəsinin tətbiqi ilə bağlı 2 memorandum imzalanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  təşkilatçılığı ilə “Müasir İdarəetməyə Gedən Yol: Dayanıqlı və İnnovativ Dövlət Xidmətlərinə Doğru” mövzusunda beynəlxalq Forum keçirilib.

 

Forumun məqsədinin dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın qabaqcıl təcrübəsinə əsaslanaraq, bu sahədəki yeniliklərə töhfə vermək olduğu diqqətə çatdırılıb.

 

Tədbirin açılış sessiyasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərov Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanlanmış təbrik məktubunu çatdırıb.  

 

Daha sonra “ASAN xidmət”in 10 illik fəaliyyətinə dair hesabat videoçarxı nümayiş etdirilib.

 

Forumda müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan və platformalardan, eləcə də innovasiyalar üzrə  nüfuzlu şirkətlərdən ümumilikdə 50-yə yaxın xarici qonaq dəvət edilib.

 

Mükafatın qalibləri Dövlət Agentliyinin dövlət xidmətlərinin göstərilməsi, sosial innovasiyalar sahəsindəki təcrübəsi ilə tanış olmaq imkanı əldə edəcəklər. Həmçinin “ASAN xidmət” təcrübəsi ilə yanaşı, müvafiq istiqamətlər üzrə qabaqcıl həlləri Afrika qitəsi ölkələrində geniş formada öyrəniləcək və təbliğ olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv