AŞPA-nın yay sessiyası təxirə salındı – KORONAVİRUSA GÖRƏ
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası yeni növ koronavirus (COVID-19) səbəbindən təxirə salınıb.
APA TV-nin xəbərinə görə, bu barədə AŞPA-nın Prezidenti Hendrik Daems bildirib. Onun sözlərinə görə, iyunun 22-26-da plenar iclasdan daha aşağı səviyyəli - Büro və Daimi Komitə iclasları keçiriləcək.
Qeyd edək ki, AŞPA-nın yay sessiyası iyunun 22-26-da keçiriləcəkdi.