Aşqabadda MDB Dövlət Başçıları Şurası toplanıb
Oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.
APA TV-nin məlumatına görə, Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.
MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verib.
Azərbaycanın dövlət başçısı iclasda çıxış edib.