Astara sakinindən yarım kiloqram heroin götürüldü

Astarada yaşayış evindən yarım kiloqramdan artıq heroin aşkarlanıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Pensər kənd sakini İmran Rüstəmov saxlanılıb.

Onun özünün iştirakı ilə yaşadığı evə keçirilən baxış zamanı oradan ümumi çəkisi yarım kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv