Astarada 24 kəndi birləşdirən yolda torpaq uçqunu olub, körpü dağılıb

 Ötən gün axşam saatlarında Astara rayonunun Şağlazüzə kəndində torpaq uçqunu baş verib. Şağlazüzə - Siyakəş kəndinə gedən körpü dağılıb. Körpü və yolların dağılmasına görə şagirdlərin məktəbə gedişi çətinləşib. Siyəkü kənd ərazi vahidliyinin 24 kəndini birləşdirən Pensər- Şağlazüzə-Şamətük yolunda çökmə və torpaq sürüşmələri baş verib. Əsas yolda nəqliyyatın hərəkəti dayanıb. Ancaq piyadalar kiçik yolla hərəkət edə bilir. Sel suları vətəndaşların təsərrüfatlarına və meyvə bağlarına da ziyan vurub. Aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsinə başlanıb. Vaqo körpüsü bərpa olunandan sonra Pensər - Şağlazüzə - Şamətük yoluna ağır texnikalar cəlb olunacaq. Qeyd edək ki, ötən gün Astara rayonunun Vaqo kəndində sel suları Pensər - Asxanəkəran-Toradi yolunu birləşdirən körpünü dağıtmışdı. 40 kənddən olan 15 min əhalinin şəhər mərkəzi ilə əlaqəsi kəsilmişdi. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Asta

Müəllif | Apa.Tv
Apa.tv