Astarada 57 yaşlı kişini maşın vurub öldürdü

Astarada 57 yaşlı kişini avtomobil vuraraq öldürüb. 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunun rayonun Maşxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Lənkəran sakini, 1982-ci il təvəllüdlü Ervin Allahverdi oğlu İbrahimovun idarə etdiyi "Mercedes" markalı avtomobil həmin ərazidə qaynaq işi ilə məşğul olan Astara rayonunun Şiyəkəran kənd sakini, 1963-cü il təvəllüdlü Yusif Yusif oğlu Babayevi vurub. Hadisə şahidlərinin sözlərinə görə, Yusif Babayev yolu keçmək istəyərkən bədbəxt hadisə baş verib və elə oradaca dünyasını dəyişib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov
Rövşən Əzimov

Müəllif | Apa.Tv
Apa.tv