Astarada avtomobil çaya aşdı

APA xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb. "Mercedes" markalı avtomobilin sürücüsü 34 yaşlı İdrak Nəsirov idarəetməni itirib, avtomobil yolun kənarındakı çaya aşıb. Hadisə nəticəsində sürücü deformasiyaya uğrayan avtomobildə boğularaq dünyasını dəyişib. Hadisə yerinə dərhal cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin xilasedici qrupu tərəfindən İdrak Nəsirovun meyiti sudan çıxarlılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv