Astarada balıqçı torlarını oğurlayan şəxslər tutuldu

Astarada balıqçı vətəgələrinə qənim kəsilən dəstə üzvləri saxlanılıb.

APA TV-nin cənub bürosuna verilən məlumata görə, Astara rayon sakini Bəhrəm Əliyev Rayon Polis Şöbəsinə müraciət edərək Qamışlı kəndində yerləşən ona məxsus vətəgədən gecə saatlarında balıq ovu üçün nəzərdə tutulmuş ümumilikdə 2000 manat dəyəri olan torların oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bəhruz Səmədov, Şəhram Bəşirov və Suad Rasimzadə saxlanılıb.

Onların ətrafında aparılan əməliyyat tədbirləri ilə saxlanılan şəxslərin Qamışlı kənd sakini olan daha bir nəfərin 350 manat dəyərində balıq torlarını oğurladıqları məlum olub.

Oğurlanmış balıq torları onlardan aşkar edilərək maddi sübut kimi götürülüb. Hazırda saxlanılan şəxslərin digər bu kimi əməllərinin olub-olmaması araşdırılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv