Astarada çay daşdı, körpüləri uçurdu

Ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib. Bir neçə kənddə körpüləri sel aparıb. 40 – a yaxın kəndlə nəqliyyat əlaqəsi kəsilib, gediş-gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərçivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib. Qeyd edək ki, 40 kəndi birləşdirən Vaqo körpüsündən 15 min sakin istifadə edir. Körpü ötən əsrin 70 – ci illərində istifadəyə verilib.

İlkin Rzayev, Rövşən Almazoğlu, APA TV

Müəllif | Apa.Tv
Apa.tv