Astarada dörd narkotik alverçisi yaxalandı
Astarada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində rayonun Ərçivan qəsəbə sakini Rövşən Rzayev Astarada heroin satarkən cinayət başında saxlanılıb.
Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı evin zirzəmisindən 1 kiloqram 25 qram tiryək, 40 qram çəkidə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Keçirilən digər əməliyyat nəticəsində rayonun Şahağacı kənd sakini Sədail Həsənov saxlanılıb və üzərindən 1 bükümdə metemfetamin aşkarlanaraq götürülüb.
Onun psixotrop maddəni həmkəndlisi Ramin Ağayevdən aldığı müəyyən edilib. Raminin üzərindən satış məqsədilə gəzdirdiyi bir büküm metamfetamin aşkarlanaraq götürülüb.
İsti izlərlə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ramin Ağayevə narkotik vasitəni satan şəxsin Astara rayonunun Qamışovka kənd sakini Sərxan Həsənov olduğu müəyyən edilib. Sərxan Həsənov da polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan isə 5.5 qram çəkidə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.