Astarada iki qardaşın evindən oğruluq edənlər yaxalandı

Astarada iki qardaşın evindən eyni gündə oğurluq edən həmkəndlilər saxlanılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Ərçivan qəsəbə sakini Elçin Məstiyev polis şöbəsinə müraciət edərək axşam saatlarında evindən 300 manat pul və qızıl zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ərçivan qəsəbə sakinləri - Hüseyn Hüseynov və İmaməli Məmmədov saxlanılıb.

Aparılan araşdırmalarla həmin şəxslərin eyni gündə zərərçəkmişin qardaşının evindən də pul və qızıl-zinət əşyası oğurladıqları məlum olub: “Saat 9 radələrində həmkəndlim Əli İmaməliyevlə evə girmişik, qızıl-zinət əşyalarını  götürmüşük. Hər iki evə girəndə qızıl-zinət əşyaları götürmüşük çıxmışıq. Bu əməlimə görə də peşmanam”

Oğurlanan qızıl-zinət əşyaları aşkarlanaraq maddi-sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

 APA TV


 

Müəllif | Apa.Tv
Apa.tv