Astarada karantini pozan çayxana aşkar edildi – SAHİBİ VƏ MÜŞTƏRİLƏRİ CƏRİMƏLƏNDİ

Astarada xüsusi karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə fəaliyyət göstərən çayxana müəyyən olunub.

APA TV-nin cənub bürosundan verilən məlumata görə, rayonun Qamışovka kəndində yerləşən çayxanaya Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı orada olan obyekt sahibi və 7 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.

Həmin şəxslər Astara Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv