Astarada maşın aşdı: 1 ölü, 2 yaralı
Astarada baş verən qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında rayonun Kijəbə qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Tural Həsənov 10 LG 491 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil ilə hərəkətdə olan vaxt anidən qabağına iribuynuzlu heyvan çıxması səbəbindən idarəetməni itirib və maşın aşıb. Nəticədə avtomobildə olan Kijəbə qəsəbə sakini, 2000-ci il təvəllüdlü Hidayət Hidayətov dünyasını dəyişib və onun meyiti aidiyyəti üzrə təhvil verilib. Sürücü Tural Həsənov və digər sərnişini, 1984-cü il təvəllüdlü Təbriz Hidayətov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Lənkəran