Astarada maşın körpüdən aşıb – SÜRÜCÜ ÖLDÜ

Astara rayonunda avtomobil körpüdən aşıb.

APA Tv-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astaranın Şahağacı kəndi ərazisindən keçən hissəsində baş verib.

1967-ci il təvəllüdlü Cəlilabad sakini Fazil Ağarəhim oğlu Quliyev idarəetməni itirib və 99-SF-033 dövlət qeydiyyat nömrə nişanlı "Lexus" markalı avtomobil körpüdən aşaraq su arxına düşüb. Nəticədə sürücü dünyasını dəyişib.

FHN-nin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin 6 nəfər canlı qüvvəsi xüsusi alət və avadanlıqların köməyilə deformasiyaya uğramış avtomobildən mərhumu çıxarıb aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv