Astarada mikroavtobus nənə və nəvəni vurdu
Astarada sərnişin mikroavtobusu 4 yaşlı uşağı vuraraq öldürüb.
APA TV-nin cənub bürosu xəbər verir ki, Astara rayonun Ərkivan qəsəbə sakinin, 38 yaşlı Ramil Hüseynovun idarə etdiyi “Mercedes Benz” markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Ərçivan qəsəbəsindən keçən hissəsində yolu keçmək istəyən Məlahət Əfsəlova və onun 4 yaşlı nəvəsi Gülağa Əfsəlovu vurub.
Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qadın Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Azyaşlının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.
Ilkin Rzayev
Rövşən Almazoğlu
APA TV Astara