Astarada narkotacir tiryək satarkən yaxalandı - EVİNDƏN 4 KQ NARKOTİK ÇIXDI

Astara polisi narkotaciri cinayət başında tutub.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Səncərədi kənd sakini Azər Əliyev 30 qram çəkidə tiryəki satarkən cinayət başında saxlanılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış keçirilib. Oradan 3 kiloqram 900 qram tiryək, 447 ədəd narkotik tərkibli metadon həbləri, 35 qram psixatrop maddə olan metamfetamin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv