Astarada narkotik satan ata və oğul yaxalandı

Astarada narkotik alveri ilə məşğul olan ata və oğul saxlanılıb.

APA TV-nin cənub bürosundan verilən məlumata görə, Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində rayonun Şahağacı kənd sakini Fədail Aydınlı heroini satarkən cinayət başında saxlanılıb.

Şəxsi axtarış zamanı ona məxsus mobil telefonun üzlüyünün alt hissəsindən isə daha 2 bükümdə heroin aşkarlanaraq götürülüb.

Davam edən tədbirlərlə Fədail Aydınlının yaşadığı evə keçirilən baxış zamanı onun atası, əvvəllər məhkum olunmuş Çingiz Məmmədova məxsus pul kisəsinin içərisindən 17 bükümdə heroin, 1 bükümdə tiryək və elektron tərəzi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv