Astarada ötən həftə açılan piyada körpüsünü sel suları dağıdıb

Son günlər cənub bölgəsində yağan aramsız intensiv yağışlar, Astara rayonunun Şiyəkəran kəndində yeni salınan piyada körpüsünü dağıdıb. Sakinlər deyir ki, illərdir bu körpü qəzalı vəziyyətdə olub. Son dəfə yağan yağışlar zamanı çayda suyun səviyyəsi artıb və qəzalı körpünü sel suları aparıb. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunub, köhnə körpü tamamilə sökülüb, yerində yeni piyada körpüsü salınıb. Lakin yeni salınan körpünün ömrü cəmi iki gün çəkib. Kənd sakinlərinin istifadə edə biləcəyi alternativ yol var ki, bu da təqribən 6 km məsafədə yerləşir və bu yoldan piyadalar, kiçik həcmli maşınlar keçir. Həmin körpü də qəzalı vəziyyətdədir. Ağırlıq o körpünün üzərinə düşür. Buna görə də fermerlər əkdikləri sitrus meyvələrini bazara çıxarıb sata bilmirlər. Şiyəkəran kənd inzibati dairəsi üzrə nümayəndə bildirir ki, ağır tonajlı maşınlar üçün nə davamlı körpü var, nə də əlverişli yol. Hazırda vətəndaşlar öz məhsullarını bazara ancaq minik maşınları ilə çıxara bilər. Piyada yolu salınana kimi, şagirdlər də ancaq alternativ Qeyd edək ki, tikiləcək yol ancaq piyadalar üçün nəzərdə tutulub. Alternativ yolun da hamarlanması üçün, çay yolu ilə əraziyə ağır texnikalar salınıb, hamarlanma işləri aparılır.

İlkin Rzayev Rövşən Almazoğlu APA TV Astara

Müəllif | Apa.Tv
Apa.tv