Astarada silah alverçisi tutuldu - İŞ BAŞINDA
Astarada odlu silah satmaq istəyən şəxs yaxalanıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Şiyəkəran kənd sakini Sadiq Rzayev lüləsi və qundağı kəsilmiş vəziyyətdə olan İJ-17 markalı 16 kalibrli tüfəngi satarkən saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı 2 ədəd patron da aşkar edilərək götürülüb.
Sadiq Rzayev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.