Astarada tibbi maskadan istifadə etməyənlərlə bağlı reyd keçirilib
Astara Rayon Polis Şöbəsinin əməkdaşları qapalı və açıq məkanlarda tibbi maskadan istifadə etməyənlərlə bağlı reyd keçirilib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, görülən tədbirlərə və edilən xəbərdarlıqlara baxmayaraq, hələ də tibbi maska ilə bağlı tələblərə riayət etməyənlərə rast gəlinib.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayevin sözlərinə görə, tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər barəsində polis əməkdaşları tərəfindən qanuna müvafiq tədbirlər görülüb. Həmçinin bir daha onlara izah olunub ki, tibbi maskadan istifadə, görülən bütün bu tədbirlər məhz onların sağlamlığının qorunmasından ötrüdür.
Reyd zamanı tibbi maskadan düzgün, yəni nəfəs yollarını örtəcək şəkildə istifadə etməyənlərə, hətta bu gigiyenik vasitəni cibində gəzdirənlərə də rast gəlinib. Bu kimi hallara yol verənlərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə tətbiq olunub.
Tural Kərimov
Rövşən Əzimov
APA TV Astara