Astarada “xınayaxdı” mərasimi keçirmək istəyənlər saxlanıldı
Astarada “xınayaxdı” mərasimi keçirmək istəyən qudalar saxlanılıb.
APA TV-nin cənub bürosundan verilən məlumata görə, Polis Şöbəsinə rayonun Şahağacı kəndində yaşayan İsrafil Nuriyevin karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına “xınayaxdı” mərasimi keçirməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər və 40 nəfərlik məclisin keçirilməsinin qarşısı alınıb. Həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.
Məclisdə iştirak edən bir neçə nəfər şəxs barəsində protokol tərtib edilərək cərimə olunublar.
Məclisin təşkilatçısı olan İsrafil Nuriyev və onun qudası Mislim Allahverdiyev barəsində toplanmış materiallar baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
Tural Kərimov
Rövşən Əzimov
APA TV