Astarada xuliqanlıq edən şəxsdən silah və narkotik götürüldü

Astarada xuliqanlıq etdiyinə görə saxlanılmış şəxsin üzərindən silah və narkotik aşkarlanıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Astara rayon sakini Elnur Məmmədov Rayon Polis Şöbəsinə müraciət edərək şəhər ərazisindəki bazarda Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elvin Hüseynovun ondan pul tələb etdiyini, vermədikdə isə onu döydüyünü bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Elvin Hüseynov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd patron və 3 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv