Astaradakı qətllə bağlı DİN açıqlama verdi – APA TV
Astara rayonunun Kakalos kəndində yaşlı qadın qətl yetrilib. Hadisə yerinə cəlb edilən hüquq mühafizə orqanlarının əməkdaşları dərhal araşdırmalara başlayıblar. Qətlə yetirilən şəxsin kənd sakini 77 yaşlı Zeynəb Məmmədovanın olduğu müəyyən edilib.
Meyit aidiyyatı üzrə təhvil verilib DİN-dən verilən məlimata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Qeyd edək ki, qətlə yetirilən 77 yaşlı Zeynəb Məmmədova feldşer işləyib. Faktla bağlı araşdırma davam etdirilir.