Astaranın bu kəndinin adı şah adı ilə bağlıdır – Arxeoloqlar Əlişah qalasında

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya institutunun “Arxeoloji abidələrin toplusu” şöbəsinin əməkdaşları Azərbaycanın cənub bölgəsində olub, monitorinq aparıblar. Monitorinq Yardımlı, Astara, Lerik eləcə də bölgənin digər rayonlarında aparılıb. Aşkar olunan qoç daşlar və insan başı formalı məzar daşlarına baxış keçirilib. Baxış zamanı məlum olub ki, tapıntılar XV- XVII əsrlərə, Ağqoyunlu və Səfəvilər dövlətləri dövrünə təsadüf edir. Monitorinq qrupu həmçinin yeni aşkar olunmuş abidələrdən biri, Astara rayonu Alaşa kəndində yerləşən, orta əsrlərə aid hesab olunan Əlişah qalasına baxış keçirib. Kəndin və qalanın adlandırılması Əli şah adlı hökmdarla bağlıdır. Qala strateji cəhətdən çox əlverişli mövqedə tikilib. Abidənin divarları bişmiş kərpiclərlə hörülüb. Bundan əlavə rayonda Ərçivan kəndi ərazisində olan daş qutu qəbirlər aşkar edilib. Qalada otaqlar mövcuddur ki, otaqların bir qismi zindan xarakteri daşıyıb. Otaqlar arasında keçid olub. Müəyyən mənbələrdə qeyd olunur ki, 1990 – cı illərdə Sovet Ordusu hərbiçiləri müntəzəm olaraq təlimlər keçiriblər. Qala, təlim vaxtı dağıntılara məruz qalınıb. Monitorinq qrupunun üzvləri, yaxın vaxtlarda qalada geniş bir təhqiqat işlərinə başlamağı nəzərdə tutublar. İlkin Rzayev Rövşən Almazoğlu APA tv Astara

Müəllif | Apa.Tv
Apa.tv