At arabası aşıb, 68 yaşlı kişi həyatını itirdi
Qaxda 68 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
APA TV-nin məlumatına görə, hadisə rayonun Əmbərçay kənd inzibati ərazisində baş verib.
Kənd sakini 1954-cü il təvəllüdlü Nemət Sadiq oğlu Əhmədov at arabası ilə sahədən evə qayıdarkən arabadan yıxılıb və ağır xəsarət alıb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Nemət Əhmədov hadisə yerində ölüb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Nemət Əhmədov yıxılan zaman ayaq damarı kəsilib. Onun qan axmadan öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.