At qəssabı “Minilməyən dayçanın əti ləzzətli olur”
Xaçmazda qanunsuz ət kəsimi və satışı ilə məşğul olan şəxs saxlanılıb.
APA TV-nin şimal bürosunun məlumatına görə, rayonun Qaraqaşlı kəndi ərazisində, Xaçmaz sakini Nicəsur Mövsümə məxsus fermaya baxış keçirilib.
Nəticədə oradan natəmiz vəziyyətdə, istifadəyə tam yararsız 300 kq-dan artıq at əti və kəsim üçün alınmış xəstə atlar aşkar edilərək götürülüb: “Müxtəlif rayonlardan - Quba, Qusar, Şabrandan alıb gətirmişəm. Qaraqaşlıda fermamız var. Orda kəsib satmışam. At, dayça almışam, bir-iki yaşlı, minilməmiş dayçalar. Ağ-qara söhbətləri var, ləzəətli əti olur”.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib: “Daxil olan məlumat əsasında fermaya baxış keçirilib. Baxış zamanı 4 ədəd atın kəsilməsi, daha 6 atın isə kəsilməyə hazırlandığı müəyyən edilib”
Araşdırmalar aparılır.