Ata 13 yaşlı qızının sevgilisini boğub məzarlıqda basdırdı

Bakıda itkin düşmüş yeniyetmənin meyiti aşkar edilib. APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 7-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. 16 yaşlı Şeydabəyov Hüseynbala İlqar oğlunun meyiti qəsəbə ərazisindəki məzarlıqdan tapılıb. Meyit isə bu gün, yəni sentyabrın 10-da aşkarlanıb. Əldə olunan məlumata görə, yeniyetmə oğlanı 13 yaşlı sevgilisinin atası öldürüb. Belə ki, qızın atası Lökbatandakı qəbiristanlıqda Hüseynbalanı iplə boğaraq öldürüb, daha sonra onu həmin ərazidə basdırıb. Qeyd edək ki, daha öncə H.Şeydabəyovun itkin düşməsi barədə məlumatlar yayılmışdı. Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv