Ata evi yandıran oğlunu öldürdü - GÖYGÖLDƏ DƏHŞƏTLİ QƏTL

Göygöl rayonunda qətl törədilib.


APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Nadel kəndində baş verib.


1950-ci il təvəllüdlü Bayramov Yaşar Qəmbər oğlu övladı 1978-ci il təvəllüdlü Mahir Bayramovu qətlə yetirib. Ata ilə oğul arasında uzun müddət ev problemi olub. Hadisə 41 yaşlı oğulun mübahisəyə səbəb olan evi yandırmasından sonra baş verib. Övladının bu əməlinə əsəbiləşən ata onu ov tüfəngi ilə güllələyib.

Yaşar Bayramov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv