Ata qızını boğaraq öldürüb

Sumqayıtda qətl hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Tuq zavod" yaşayış massivində qeydə alınıb.

 

Belə ki, 1984-cü il təvəllüdlü Cəfərova Zəminə Salam qızı aralarında olan münaqişə zəminində atası tərəfindən naqillə boğularaq öldürülüb.

 

Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Qətli törətməkdə şübhəli bilinən ata saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv