Atasının avtomobilini sürmək üçün götürən gənc qəza törətdi - SUMQAYITDA
Sumqayıtda atasının avtomobilini sürmək üçün götürən gənc qəza törədib.
APA TV-nin məlumatına görə, hadisə şəhərin Niyazi küçəsində baş verib.
Yol-nəqliyyat hadisəsi zamanı “Mercedes” markalı minik avtomobili ilə “KİA” markalı avtomobil toqquşub. Nəticədə Kia markalı minik avtomobilinin sürücüsü Fəxrəndə Əlifxanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparılıb. “Mercedes” markalı minik avtomobilinin sürücüsü isə qəzadan dərhal sonra hadisə yerindən yayınıb.
Şahidlərin sözlərinə görə, qəzaya “Mercedes” markalı minik avtomobilinin yüksək sürətlə idarə olunması və qarşı tərəfin yoluna çıxması göstərilir. Hadisədən sonra avtomobili tərk edərək qaçan gəncin idarə etdiyi maşın isə atasına məxsus olub. Onun avtomobil sürməsinə dair heç bir sənədi olmayıb.
Faktla bağlı araşdırma aparılır.