Atasının pullarını oğurlayıb borc verdi - 47 MİN DOLLARIN AQİBƏTİ
Qubanın Vladimirovka kənd sakininin nə az, nə çox, düz 47 min ABŞ dolları oğurlanıb. APA TV-nin şimal bürosunun məlumatına görə, Kərim Əlişanov polis şöbəsinə müraciət edərək evindən naməlum şəraitdə oğurluq edildiyi barədə məlumat verib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin oğlu, 18 yaşlı Röyal Əlişanov tərəfindən oğurlandığı məlum olub: İlkin dindirilmə zamanı R.Əlişanov tutduğu əməli etiraf edərək, müxtəlif vaxtlarda atasına məxsus pulları hissə-hissə oğurladığını bildirib. Faktla bağlı araşdırma aparılır.