Atatürkün xatirəsi Gəncədə anılıb
Türkiyə Respublikasının Milli Bayramı - 19 May Atatürkü Anma, Gənclik və İdman bayramı Gəncədə qeyd edilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Türkiyənin Gəncədəki Baş Konsulluğunda bu münasibətlə keçirilən görüşə şəhər ictimaiyyətinin bir qrup nümayəndəsi və gənclər qatılıb.
Baş konsulu Zəki Öztürk Türkiyənin milli azadlıq mücadiləsindən, Atatürkün ideyalarından danışıb.
O, qeyd edib ki, bu il bu bayram pandemiya şəraiti ilə bağlı kiçik görüş formasında baş tutsa da ölkələrimizin ümumi amal və hədəfləri haqda bir daha söhbət açmaq hər birimizin borcudur.
Baş konsul həmçinin 19 May Atatürkü Anma, Gənclik və İdman bayramını hər iki ölkənin bayramı adlandırıb.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV