ATƏT DTİHB: “Seçkilərdə neqativ hal qeydə alınmayıb”

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələri 81 saylı Beyləqan Dairə Seçki Komissiyasının 4 saylı seçki məntəqəsində müşahidə aparıblar.

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, beynəlxalq müşahidəçi Halogh Nora bu vaxta qədər neqativ hal qeydə almadıqlarını, seçicilərin isə prosesdə aktiv iştirak etdiklərini bildirib: “Hər şey yaxşıdır, neqativ hal qeydə alınmayıb. Seçkilər yüksək səviyyədə təşkil olunub”.

 

ATƏT nümayəndələri ilə yanaşı seçkinin gedişini “exit-poll” da izləyir.

 

Qeyd edək ki, 81 saylı Beyləqan Dairə Seçki Komissiyasının əhatə etdiyi 39 seçki məntəqəsində 37 137 seçicinin səs verməsi nəzərdə tutulur. Məntəqələrin 5-də veb-kamera quraşdırılıb. Səsvermənin gedişini 541 müşahidəçi izləyir. Dairə üzrə 10 nəfər namizəd deputatlıq uğrunda mübarizə aparır.

 

Muxbir: Habil Məmmədov

Operator: Arzu  Quliyev

Müəllif | Apa.Tv
Apa.tv