ATƏT PA müşahidəçiləri 122 saylı Xankəndi Seçki Dairəsində seçkini izləyib

Xankəndi sakinləri parlament seçkilərində səs verir.

APA TV-nin məlumatına görə, 122 saylı Xankəndi Seçki Dairəsinin 1 və 2 saylı məntəqələrində səsvermə davam edir. 

Dairənin Sabunçu və Nizami rayonlarında yerləşən iki məntəqəsində ATƏT PA müşahidəçiləri Bieerk Kristof və Comlay Madelalme səsvermə prosesini izləyiblər.

122 saylı Xankəndi Seçki Dairəsinin 1 saylı məntəqə sədri Yeganə Həsənova deyir ki, dairədə seçici fəallığı müşahidə olunur: “604 nəfər seçicimiz var. Hazırda 200-ə yaxın seçicimiz seçkidə iştirak edib”.

 

122 saylı Xankəndi Seçki Dairəsinin 2 saylı məntəqə sədri Əminə Bağırova da seçicilərin öz hüquqlarından istifadə etdiklərini bildirir: “Bu məntəqə üzrə 798 nəfər seçicimiz var. Hazırda seçici fəallığı normaldır. Bu saata kimi seçkidə 200-dən çox seçici iştirak edib”.

 

İki məntəqədə ümumilikdə 30 yerli müşahidəçi səsvermə prosesini müşahidə edir.

Seçicilərdə seçki prosesindən razı qaldıqlarını bildiriblər: “Seçki prosesi normaldır. Hər şey qaydasındadır. Heç kim mane olmur. Müşahidəçilər var. Ən əsası, sərbəst səsvermə şəraiti var”.

Qeyd edək ki, 122 saylı Xankəndi Seçki Dairəsində "Rəy" Monitorinq Mərkəzi və Fransanın "Opinion Way" təşkilatı "exit-poll" keçirir.

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv