ATƏT PA rəsmi Bakının mövqeyini dəstəklədi – APA TV
ATƏT Parlament Assambleyasının (PA) Prezidenti Pia Kauma və Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndə Kari Henriksen Azərbaycanın Ermənistanla sülh sazişinin yekunlaşdırılması istiqamətindəki səylərini davam etdirməyə sadiqliyini alqışlayıb.
Bu barədə qurumun bəyanatında bildirilib. Vurğulanıb ki, Azərbaycanın siyasi rəhbərliyi ilə Ermənistanla hərtərəfli tənzimləməyə nail olunması istiqamətində müzakirə aparılıb. Bəyanatda Qarabağın Azərbaycanın regionu olduğu qeyd edilib.
Bəyanatda o da bildirilib ki, Azərbaycanın ATƏT PA-da güclü iştirakı regionda çoxtərəfli diplomatiya və dialoq üçün müsbət işarədir.